22 Dekabr, 2025
Fakt 1
Antibiotiki istənilən vaxtda qəbul edirsiniz
Bilməlisiniz ki, antibiotik yalnız müəyyən edilmiş saatlarda qəbul olunmalıdır.
Məsələn, gündə 2 dəfə yazılıbsa, bu o deməkdir ki, 12 saat aralıqlarla, məsələn, səhər 08:00 və axşam 20:00-da içilməlidir.
Fakt 2
Özünüzə antibiotik təyin edirsiniz
Antibiotiklər yalnız bakterial infeksiyaları aradan qaldırmaq üçün təyin olunur. Sizin xəstəliyiniz bakterial deyil, virus mənşəlidirsə antibiotik sizə təsir etməyəcək. Əksinə, vəziyyətiniz daha da pisləşə bilər. Odur ki, bu preparatlar yalnız həkim təyini ilə qəbul olunmalıdır.
Fakt 3
Antibiotiki yeməkdən sonra qəbul edirsiniz
Bəzi antibiotiklər yeməkdən əvvəl, bəziləri isə sonra içilməlidir. Bunu dəqiq bilmək üçün həkiminizdən soruşmaq və ya dərman qutusundakı təlimatı oxumaq məsləhətdir.
Fakt 4
Müalicəni yarım qoyub, dozanı dəyişirsiniz.
Antibiotikin dozası və qəbul müddətini yalnız həkim təyin edir. Özünüzü daha yaxşı hiss etməyə başladıqda dərmanı saxlamaq və ya dozanı azaltmaq olmaz. Müalicənin yarım kəsilməsi və dozanın dəyişdirilməsi bakteriyaların tam məhv olmamasına gətirib çıxarır.
Fakt 5
Alkoqol qəbul edirsiniz
Antibiotiklərlə birlikdə alkoqol qəbul etmək olmaz, çünki bu halda antibiotikin təsiri zəifləyir. Həmçinin, qaraciyər yüklənir, antibiotikin yan təsirləri arta bilər.
Bəzi antibiotiklərlə alkoqol qəbulu zəhərlənmə və daha ağır hallara gətirib çıxara bilər.
22 Dekabr, 2025
Omega-3 bioloji qida əlavəsi orqanizmi sağlam fəaliyyət üçün vacib olan əsas yağ turşuları ilə (EPA və DHA) təmin edir. Bu...
Ardını oxu
22 Dekabr, 2025
Bağırsaq mikroflorasının sağlam olması bədənin düzgün fəaliyyət göstərməsi deməkdir. Bu işdə probiotiklərin rolu əvəzsizdir.⠀Probiotiklər bağırsaq mikroflorasını gücləndirirlər. Probiotiklər bağırsaqdakı zərərli...
Ardını oxu