Probiotiklərin sağlamlıq üçün 7 faydası

22 Dekabr, 2025

Probiotiklərin sağlamlıq üçün 7 faydası

Bağırsaq mikroflorasının sağlam olması bədənin düzgün fəaliyyət göstərməsi deməkdir. Bu işdə probiotiklərin rolu əvəzsizdir.

Probiotiklər bağırsaq mikroflorasını gücləndirirlər. Probiotiklər bağırsaqdakı zərərli bakteriyaların sayını azaldaraq bağırsağın işini yaxşılaşdırırlar. Qəbizlik, ishal, #köp kimi problemləri aradan qaldırmağa kömək edirlər.

Probiotiklər immuniteti möhkəmləndirirlər. İmmun sistemlə bağırsaq arasında sıx əlaqə var. Bağırsaqda zərərli bakteriyalar nə qədər çoxdursa, immuniteti bir o qədər zəifdir. Probiotiklər sağlam bakteriyaların sayını artırmağa kömək etdiyi üçün immuniteti də möhkəmləndirmiş olur.
 

Probiotiklər əhvala müsbət təsir göstərirlər. Serotonin sintezinin böyük hissəsi bağırsaqların payına düşür. İnsan əhvalına cavabdeh olan serotonin sintezi qeyri-sağlam bağırsaqda aşağı düşür. Ona görə də probiotiklərin qəbulu əhvala müsbət təsir edərək, stres səviyyəsinin düşməsinə kömək edir.

Probiotiklər dəri xəstəlikləri riskini azaldırlar. Akne, ekzema kimi dəri xəstəliklərinin yaranmasında bağırsaq mikroflorasının rolu böyükdür. Probiotiklərin qəbulu bağırsağı sağlamlaşdırdığından dəri xəstəlikərinin qarşısını almış olur.

Probiotiklər uşaqlarda və böyüklərdə allergiya riskini azaldırlar. Qeysəriyyə ilə və ya vaxtından əvvəl doğulmuş uşaqlarda bağırsaq florası korlandığından allergik və ya autoimmun xəstəliklərin yaranma riski artır. Probiotiklərin qəbulu bu kimi xəstəliklərin yaranması riskini azalır.

Probiotiklər infeksiyaların qarşısını alırlar. Qeyri-sağlam qidalanma, çirkli ətraf mühit bağırsaqda zərərli bakteriyaların çoxalmasına səbəb olur. Bağırsaq infeksiyaları, vaginal göbələk, sidik yollarında infeksiya yaranması riskini artırırlar. Probiotik qəbulu bu kimi infeksiyaların yaranma riskini azaldır.

Probiotiklər qidaların sorulmasını yaxşılaşdırırlar. Yalnız sağlam bağırsaq mikroflorası qidaların tərkibindəki vitamin və mineralların düzgün sorulmasını təmin edir. Probiotiklərin qəbulu sorulma problemlərinin qarşısını almış olur.

Oxşar bloqlar

 Omega-3 qəbul etmək üçün 4 vacib səbəb 22 Dekabr, 2025

Omega-3 qəbul etmək üçün 4 vacib səbəb

Omega-3 bioloji qida əlavəsi orqanizmi sağlam fəaliyyət üçün vacib olan əsas yağ turşuları ilə (EPA və DHA) təmin edir. Bu...

Ardını oxu
Antibiotiki yalnış istifadə etdiyinizi göstərən 5 fakt 22 Dekabr, 2025

Antibiotiki yalnış istifadə etdiyinizi göstərən 5 fakt

Fakt 1Antibiotiki istənilən vaxtda qəbul edirsinizBilməlisiniz ki, antibiotik yalnız müəyyən edilmiş saatlarda qəbul olunmalıdır. Məsələn, gündə 2 dəfə yazılıbsa, bu o...

Ardını oxu
Ana Səhifə Hesab 0 Səbət