Antibiotiki yalnış istifadə etdiyinizi göstərən 5 fakt

22 Dekabr, 2025

Antibiotiki yalnış istifadə etdiyinizi göstərən 5 fakt

Fakt 1

Antibiotiki istənilən vaxtda qəbul edirsiniz

Bilməlisiniz ki, antibiotik yalnız müəyyən edilmiş saatlarda qəbul olunmalıdır.
 Məsələn, gündə 2 dəfə yazılıbsa, bu o deməkdir ki, 12 saat aralıqlarla, məsələn, səhər 08:00 və axşam 20:00-da içilməlidir.

Fakt 2

Özünüzə antibiotik təyin edirsiniz

Antibiotiklər yalnız bakterial infeksiyaları aradan qaldırmaq üçün təyin olunur. Sizin xəstəliyiniz bakterial deyil, virus mənşəlidirsə antibiotik sizə təsir etməyəcək. Əksinə, vəziyyətiniz daha da pisləşə bilər. Odur ki, bu preparatlar yalnız həkim təyini ilə qəbul olunmalıdır.

Fakt 3

Antibiotiki yeməkdən sonra qəbul edirsiniz

Bəzi antibiotiklər yeməkdən əvvəl, bəziləri isə sonra içilməlidir. Bunu dəqiq bilmək üçün həkiminizdən soruşmaq və ya dərman qutusundakı təlimatı oxumaq məsləhətdir.

Fakt 4

Müalicəni yarım qoyub, dozanı dəyişirsiniz.

Antibiotikin dozası və qəbul müddətini yalnız həkim təyin edir. Özünüzü daha yaxşı hiss etməyə başladıqda dərmanı saxlamaq və ya dozanı azaltmaq olmaz. Müalicənin yarım kəsilməsi və dozanın dəyişdirilməsi bakteriyaların tam məhv olmamasına gətirib çıxarır.

Fakt 5

Alkoqol qəbul edirsiniz

Antibiotiklərlə birlikdə alkoqol qəbul etmək olmaz, çünki bu halda antibiotikin təsiri zəifləyir. Həmçinin, qaraciyər yüklənir, antibiotikin yan təsirləri arta bilər.

Bəzi antibiotiklərlə alkoqol qəbulu zəhərlənmə və daha ağır hallara gətirib çıxara bilər. 

Oxşar bloqlar

 Omega-3 qəbul etmək üçün 4 vacib səbəb 22 Dekabr, 2025

Omega-3 qəbul etmək üçün 4 vacib səbəb

Omega-3 bioloji qida əlavəsi orqanizmi sağlam fəaliyyət üçün vacib olan əsas yağ turşuları ilə (EPA və DHA) təmin edir. Bu...

Ardını oxu
Probiotiklərin sağlamlıq üçün 7 faydası 22 Dekabr, 2025

Probiotiklərin sağlamlıq üçün 7 faydası

Bağırsaq mikroflorasının sağlam olması bədənin düzgün fəaliyyət göstərməsi deməkdir. Bu işdə probiotiklərin rolu əvəzsizdir.⠀Probiotiklər bağırsaq mikroflorasını gücləndirirlər. Probiotiklər bağırsaqdakı zərərli...

Ardını oxu
Ana Səhifə Hesab 0 Səbət