Tərkibi: seftriakson, sulbaktam 1,5 q. Farmakoterapevtik qrup: sefalosporinlər qrupuna aid antibiotik, beta-laktamoz. İstifadəsinə göstərişlər: böyrək və sidik yollarının infeksiyaları; qarın boşluğu infeksiyaları (peritonit, öd yolları və mədə-bağırsaq infeksiyaları); aşağı tənəffüs yollarının infeksiyaları (pnevmoniya daxil olmaqla); LOR orqanlarının infeksiyaları (kəskin orta otit daxil olmaqla); bakterial meningit; septisemiya (sümük və oynaq infeksiyaları); dəri və yumşaq toxuma infeksiyaları (yara infeksiyaları daxil olmaqla); Laym xəstəliyi; genital infeksiyalar, o cümlədən ağırlaşmamış qonoreya; immuniteti zəifləmiş xəstələrdə yoluxucu xəstəliklər; əməliyyatdan sonrakı infeksiyaların qarşısının alınması. İstehsalçı: Visotash, Hindistan.