Tərkibi: doksisiklin 100 mq. Farmakoterapevtik qrup: antibiotik. İstifadəsinə göstərişlər: aşağı tənəffüs yollarının infeksiyaları, LOR orqanlarının infeksiyaları, mədə-bağırsaq traktının infeksiyaları, sidik yollarının infeksiyaları, qadınlarda və kişilərdə çanaq orqanlarının iltihabi xəstəlikləri, yumşaq toxumaların, sızanaqların və dərinin irinli infeksiyaları, cinsi infeksiyalar (mikoplazmoz, xlamidiya, sifilis, qonoreya). Göyöskürək; brusellyoz; osteomielit; tif; amöb dizenteriyası; borrelioz; aktinomikoz; leptospiroz; traxoma; psittakoz və s. İstehsalçı: Novator, Türkiyə.