Tərkibi: ibuprofen 100 mq/5 ml. Farmakoterapevtik qrup: qeyri-steroid iltihab əleyhinə. İstifadəsinə göstərişlər: uşaqlar üçün Nurofen suspenziyası 3 aydan 12 yaşa qədər uşaqlarda kəskin respirator xəstəliklərin (qrip daxil olmaqla), uşaqlıq infeksiyalarının, digər yoluxucu və iltihabi xəstəliklərin və qızdırma ilə müşayiət olunan peyvənddən sonrakı reaksiyaların simptomatik müalicəsi üçün istifadə olunur. Diş ağrısı, baş ağrısı, miqren, nevralgiya, qulaq ağrısı, boğaz ağrısı, burxulmalar, əzələ ağrısı, revmatik ağrı və oynaq ağrıları da daxil olmaqla yüngül və orta dərəcəli ağrılar üçün simptomatik analgetik kimi istifadə olunur. İstehsalçı: Reckitt Benckiser Healthcare, Böyük Britaniya.