Tərkibi: naproksen natrium 550 mq. Farmakoterapevtik qrup: qeyri-steriod iltihab əleyhinə. İstifadəsinə göstərişlər: əzələ-skelet sisteminin xəstəlikləri (yumşaq toxumaların revmatik zədələnmələri, periferik oynaqların və onurğanın osteoartrozu, o cümlədən radikulyar sindrom, tendovaginit, bursit); yüngül və orta dərəcədə ağırlıqdakı ağrı sindromu: nevralgiya, mialgiya, iltihab, baş ağrısı, miqren, alqomenoreya, diş ağrısı, posttravmatik ağrı sindromu (burulmalar və qançırlar); şiddətli ağrı sindromu (faringit, tonzillit, otit) ilə müşayiət olunan qulaq, boğaz, burunun yoluxucu və iltihabi xəstəliklərinin kompleks terapiyasının bir hissəsi kimi; soyuqdəymə və yoluxucu xəstəliklərdə qızdırma. İstehsalçı: Ali Raif İlaç, Türkiyə.