Tərkibi: meldonium 0.5 q. Farmakoterapevtik qrup: metabolik. İstifadəsinə göstərişlər: koronar ürək xəstəliyinin (stenokardiya, miokard infarktı) kompleks müalicəsində; xroniki ürək çatışmazlığı; dishormonal kardiomiopatiya; kəskin və xroniki beyin qan dövranı pozğunluqlarının (insult və serebrovaskulyar çatışmazlıq) kompleks müalicəsində; müxtəlif etiologiyalı hemoftalm və retinal qanaxmalar; mərkəzi retinal vena və onun şaxələrinin trombozu; müxtəlif etiologiyalı retinopatiya (diabetik, hipertonik); zehni və fiziki həddindən artıq gərginlik (idmançılar daxil olmaqla); xroniki alkoqolizmdə abstinensiya sindromu (spesifik alkoqolizm terapiyası ilə birlikdə). İstehsalçı: HBM Pharma, Slovakiya.