Tərkibi: simetikon 40 mq. Farmakoterapevtik qrup: qaz qovucu preparat. İstifadəsinə göstərişlər: mədə-bağırsaq traktında qaz yaranması (meteorizm, Remgeld sindromu, aerofagiya, əməliyyatdan sonrakı dövrdə qaz yaranma); qarın boşluğu və çanaq orqanlarının diaqnostik prosedurlarına hazırlıq (rentgen, sonoqrafiya), körpələrdə bağırsaq kolikası. İstehsalçı: Berlin–Chemie, Almaniya.