Tərkibi: saccharomyces boulardii CNCM I-745 250 mq. Kateqoriya: saxaromiseritlər nəslinə aid birhüceyrəli mikroskopik maya göbələkləri. İstifadəsinə göstərişlər: antibiotik qəbulu ilə bağlı yaranan və yarana biləcək kolit və ishalın profilaktikası və müalicəsi, disbakterioz, kəskin və xroniki bakterial və virus mənşəli ishal, qıcıqlanmış bağırsaq sindromu, səyahətlə bağlı meydana çıxan ishal, psevdomembranoz kolit və “Clostridium difficile”mənşəli xəstəliklər. Uzunmüddətli enteral qidalanma nəticəsində yaranan ishal. İstehsalçı: Biocodex, Fransa.