Tərkibi: asetilsalisil turşusu 150 mq, maqnezium hidroksid 30,39 mq. Farmakoterapevtik qrup: antiaqreqant, antitrombotik. İstifadəsinə göstərişlər: qeyri-stabil və stabil stenokardiya; təkrarlanan miokard infarktının qarşısının alınması; işemik insult keçirən pasiyentlərin yenidən insult olma riskinin qarşısının alınması; ürəyin cərrahi əməliyyatlarından və invaziv damar müdaxilələrindən (koronar arteriya bypass əməliyyatı, endarterektomiya, arteriovenoz bypass əməliyyatı, koronar arteriya angioplastikası və stentləmə, yuxu arteriyalarının angioplastikası) sonra trombotik ağırlaşmaların qarşısının alınması. İstehsalçı: Stada, Almaniya.