Tərkibi: trimebutin maleat 200 mq. Farmakoterapevtik qrup: miotrop spazmolitik. İstifadəsinə göstərişlər: qıcıqlanmış bağırsaq sindromu (spastik bağırsaq), funksional həzm pozğunluqları; qarın ağrısı, sancı və narahatlıq, qaz yaranması, nəcis tezliyində dəyişikliklərlə müşayiət olunan bağırsaq hərəkətliliyi pozğunluqları (ishal və ya qəbizlik), dispepsiya, ürəkbulanma, gəyirmə, ürəkbulanma və qusma kimi mədə-bağırsaq traktının və öd yollarının funksional pozğunluqları eroziv olmayan qastroezofageal reflüks xəstəliyi, öd daşı xəstəliyi, öd yollarının disfunksiyası, Oddi sfinkterinin disfunksiyası, postxolesistektomiya sindromu, əməliyyat sonrası paralitik bağırsaq keçməməzliyi. İstehsalçı: Santa Farma İlaç, Türkiyə.