Tərkibi: enoksaparin 60 mq. Farmakoterapevtik qrup: antikoaqulyant. İstifadəsinə göstərişlər: venoz trombozlar və emboliyanın qarşısının alınması, tromboemboliya ilə müşayiət olunan dərin vena trombozunun müalicəsi. Hemodializ zamanı ekstrakorporal qan dövranı sistemində tromb əmələ gəlməsinin qarşısının alınması. Kəskin koronar sindrom. İstehsalçı: Sanofi, Fransa.