Tərkibi: diosmin/hesperidin 1000 mq. Farmakoterapevtik qrup: venotonik və venoprotektiv dərman. İstifadəsinə göstərişlər: böyüklərdə xroniki venoz xəstəliklərinin simptomlarının aradan qaldırılması və yüngülləşdirilməsi. Venoz-limfa çatışmazlığı simptomlarının müalicəsi: ağrı, aşağı ətraflarda qıcolmalar, ayaqlarda ağırlıq və şişkinlik hissi, ayaq yorğunluğu. Venoz-limfa çatışmazlığının təzahürlərinin müalicəsi: aşağı ətrafların şişməsi, dəridə və dərialtı toxumada trofik dəyişikliklər, ayaqların venoz trofik xoraları. Kəskin və xroniki babasilin simptomatik müalicəsi. İstehsalçı: Les Laboratoires Servier, Fransa.