Tərkibi: deksketoprofen 25 mq. Farmakoterapevtik qrup: qeyri-steroid iltihab əleyhinə. İstifadəsinə göstərişlər: kəskin və orta dərəcəli ağrıların qısa müddətli müalicəsi. Miqren tutmaları, gərginlik tipli baş ağrıları, kəskin diş ağrıları, diş çəkilməsindən və ya stomatoloji prosedurlardan sonra ağrı, əzələ və oynaq ağrıları, boyun və bel ağrısı, menstrual ağrılar, idman zədələri, kiçik cərrahi müdaxilələrdən sonra yaranan ağrılar. İstehsalçı: İlko İlaç, Türkiyə.