Tərkibi: deksametazon 2 mq, vitamin B12 10 mq, diklofenak natrium 75 mq. Farmakoterapevtik qrup: analgetik, iltihabəleyhinə kombinəedilmiş vasitə. İstifadəsinə göstərişlər: dayaq-hərəkət aparatının degenerativ və iltihabi xəstəlikləri (revmatoid artrit, revmatik spondiloartrit (Bexterev xəstəliyi), psoriartrik, yuvenil, kəskin və xroniki podaqra artriti, deformasiya olunan osteoxondroz, osteoartroz, periartropatiya). Oynaqətrafı yumşaq toxumaların və dayaq-hərəkət aparatının travma və əməliyyat sonrası iltihabi xəstəlikləri (vətər, əzələ və oynaqların dartılması, travmatik zədələr, kəskin bursit, miozit). Ağrı sindromu (lyumbaqo, işias, lyumboişialgiya, servikobraksialgiya, nevralgiya, poliradikuloneyropatiya, mialgiya (qabırğaarası nevralgiya və ya qabırğaarası əzələ ağrısı, çiyin qurşağının neyropatiyası). Reyter sindromu (reaktiv artrit). İstehsalçı: Laboratories LASCA of Vicente Scavone&CİA , SAE., Paraqvay.